“Bizimkilər namus kursu açıb“ — Ulvira Qarayeva

“Bizimkilər namus kursu açıb“ — Ulvira Qarayeva
Tarix : Oxunma : Yorum Yaz

«YouTube» kanalının aparıcısı Ülvira Qarayeva sosial şəbəkədə «namus dərsi» keçib.

Yenisabah.az xəbər verir ki, o, türk aktrisa Neslihan Atagülə irad tutan azərbaycanlı izləyiciləri qınayıb.

Ülvira Qarayeva «Facebook» paylaşımında yazıb:

“Yutubda Neslihan Atagülün əri ilə birlikdə bir tədbirə qatıldığı video yayımlanıb. Bizimkilər doluşdu rəylərə, dirəşiblər ki, “bu qız niyə belə açıq geyinir”, “yerinə utanırıq”, “əri hara baxır” və s.

Türkiyədən istifadəçilər “Sənə nə?” yazmaqdan bezdi, bizimkilər namus “taslamakdan” bezmədi. Ən rahatı bizimkilər namus kursları açsın, dünyaya 1-3-5 dərs keçsin”.

İlk yorumu siz yazın