Meyxanaçı Rüfət Nasosnu türkiyəli ifaçıların Bakıda piar olunmasını tənqid edib.
Axşam.az xəbər verir ki, ifaçı «Səhər mərkəzi» verilişində Mahsun Kırmızıgüllə bağlı süjetin yayımlanmasına əsəbiləşib. O bildirib ki, əcnəbi ifaçı Azərbaycanda efir üçün pul ödəməlidir:
«Başqa dövlətlərin musiqiçilərinə çox yer verir, imkanlar yaradırıq. Amma bizim musiqiçilərə həmin ölkələrdə belə imkan yaradılmır. Mahsunu da bığlı vaxtlarında heç kim tanımırdı. Belə şeyləri həzm edə bilmirəm. Patriotam, xalqımı, dövlətimi sevənəm. İstəyərm ki, Mahsunun prodüseri gedib desin ki, «Xəzər TV»də piar etmək bahadır, hər adamın işi deyil. Nəyə lazımdır gedib onu çəkmək? Pulsuz Mahsunu reklam etmək lazımdır?».
Rüfət Türkiyədə konsert təklifləri aldığını, amma imtina etdiyini söyləyib:
«İstanbuldan, Ankaradan təklif gəlir. Təyyarədən qorxuram və uça bilmirəm. Ona görə də geri çevirirəm. Tək Mahsun olmur, başqa ulduz olsun. Niyə bizdə onlar pulsuz reklam olunsun? Necə bizimkilər gedib türk kanallarında 50-60 min manat verir piar olunur, onlar gəlib burada pulsuz efirə çıxır? Onlar da gəlib bizdə reklam üçün pul ödəsin».