ATV telekanalı ilə yollarını ayıraraq “Xəzər” televiziyasında çalışan tanınmış aparıcı Lalə Azərtaş rəhbəri ilə bağlı paylaşım edib.
Yenisabah.az xəbər verir ki, “Xəzər” televiziyasının rəhbəri Murad Dadaşovla fotosunu bölüşən aparıcı ona belə təşəkkür edib:
“Hər əməkdaşının yanında dağ kimi dayanan, ruhlandıran örnək rəhbər — Murad Dadaşov!
Sağ olun ki, mənə məndən çox inandınız. Sizi rəhbər kimi tanıdığım vaxtdan ünsiyyətdə ən çox istifadə etdiyiniz sual “Nə lazımdır?” oldu. Və nə lazımıydısa artıqlamasıyla etdiniz.
Siz bizi öz məsuliyyətinizin, yardımsevərliyinizin, qayğıkeşliyinizin “Təsir dairəsi”nə saldınız.
Biz də Sizə layiq olmağa çalışdıq. Məncə bizdə bu alındı, Murad müəllim! Etimadınız, etibarınız və verdiyiniz dəyər üçün bir daha təşəkkürlər!”
Teleaparıcının paylaşımında M.Dadaşovun həddən artıq çəki atması da diqqətdən yayınmayıb.