«Bizi təkrarlamağa başladılar» — Namiq Qaraçuxurlu

«Bizi təkrarlamağa başladılar» — Namiq Qaraçuxurlu
Tarix : Oxunma : Yorum Yaz

«Yeni duet olacaq, fikrimiz var. Danışırıq… Düşünürük ki, mövzunu haradan başlayaq. Neçə ildən sonra elə mahnı olmalıdır ki, adi olmasın. Həmin illərə kölgə salmamalıyıq».

Axşam.az xəbər verir ki, bu sözləri meyxanaçı Namiq Qaraçuxurlu «Həmin Zaur» proqramında deyib. O, Xalq artisti Aygün Kazımova ilə duetlərindən danışıb. Namiq bildirib ki, meyxana ilə estradanın sintezini ilk edən məhz o və Pop diva olub.

Aparıcı Zaur Kamalın «Bir yerdə duetiniz möhtəşəm oldu. Hazırda sizin qarşınızda dayanan duet ortaqları olmadı. Həm səviyyəli, həm də səliqəli» sözlərinə Namiq belə reaksiya verib:

«İş var ki, onu itələyirsən getsin. Amma bizim işbirliyimiz öz-özünə gedir. Əvvəl Rusiyada birlikdə tez-tez məclislərə dəvət alırdıq. İndi Azərbaycanda da yaranıb. Birdən-birə yenidən trend olduq. Mənim üçün də xoş oldu. Mahnıların hamısının sözlərini mən yazmışam. Zamanında tənqid olunurdu, amma elə gəldi ki… Bizdən sonra başladılar təkrarlamağa, karikaturası xeyli yarandı. Amma insanlar orijinalı yenə də dəyərləndirdi».

İlk yorumu siz yazın