“Biz kimik ki, nəyəsə müdaxilə edək” — Xalq artisti

“Biz kimik ki, nəyəsə müdaxilə edək” — Xalq artisti
Tarix : Oxunma : Yorum Yaz

“Əlbəttə ki, bu gün bu qədər şəhid verməyimizin ağrı-acısı hamımızın qəlbini dağlayır. Analarımızın, ailələrin, gözü yolda qalan xanımlarının ürəyi dağlıdır. Çoxsunun körpə balaları var, bir qismi özü körpədir, 19-20 yaşlı uşaqlardır…”

Bu sözləri Yenisabah.az-a Xalq artisti Gülyanaq Məmmədova deyib. Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısının alınması zamanı şəhid olan əsgərlərimizdən danışan sənətçi onlara görə gözlərinin ağladığı bildirib. Onun sözlıərinə görə, bu cür təxribatlar Azərbaycan xalqını qorxuda bilməz:

“Hamısı üçün ürəyimiz çox ağrıyır, amma uğrunda ölən varsa, Vətən var. Gec-tez biz torpaqlarımızı tamamilə almalıyıq. Düşünürəm ki, ermənilər heç bir təxribatı bizim xalqı, əsgərləri qorxuda bilməz. Bizim ordumuz da, əsgərimiz də güclüdür, heç nədən qorxmur. Ali Baş Komandanımız nəyin necə olacağını bilir və göstəriş verir. Biz kimik ki, bu məsələdə nəyəsə müdaxilə edək. Mənim buna ixtiyarım çatmaz. Nə əmr verilirsə, nə gərəklidirsə, ordumuz onu edir”.

Xalq artisti qeyd edib ki, xoşbəxt və qələbə dolu günlər qarşıdadır:

“Necə ki,  44 gün ərzində Qarabağda qələbəmizi çaldıq, İnşallah, Zəngəzur, Göyçə mahalında da, Xankəndidə qələbə bizim olacaq. Ermənilər olan bütün ərazilərimizi əldə edəcəyik. Xoşbəxt günlər çox uzaqda deyil, biz qələbə sevincimizi yenidən yaşayacağıq. Bu gün bir gözümüz gülür, bir gözümüz ağlayır. Bu millətin sevinci də, kədəri, ağrı-acısı da bizimdir. Bu gün şəhidimizə ağlayırıq, səhər qələbə sevincini də yaşayacağıq! İnşallah, deyib-güləcəyik də. Dədə-Qorqudda deyildiyi kimi, hələ olacağıq, artacağıq. Biz yaşayacağıq, daha da inkişaf edəcəyik! Mən ordumuza qüvvət, əzm və güc arzulayıram. Hər halda, müharibə şəhidsiz olmur, olanın da ağrı-acısı qəlbimizdədir, göynədir. Onların hamısı iki gözümüzdür, ciyər paramızdır, yanan ürəyimizdir. Allah dövlətimizi, millətimizi, rəhbərimizi qorusun”.

İlk yorumu siz yazın