«Bitdi, məndən uzaq olun» — Oksana

«Bitdi, məndən uzaq olun» — Oksana
Tarix : Oxunma : Yorum Yaz

«Dostluğumda olan bəzi «dostlar» — sizin statuslarınızı oxumaqdan bezdim. Özünüzə, mənliyinizə bir az hörmət edin».

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə, aktrisa Oksana Rəsulova bildirib. Sənətçi sosial şəbəkədə yazılan statuslara sərt reaksiya verib:

«Hər kəs öz yerində, işində-gücünədir. Bir də ki, məndən ümidinizi kəsin. Bitdi, bitib, özü də çoxdan. O yazdığınız statusları isə öz beyninizə yeridin, məndən uzaq olun. Yetər artıq! Rahat buraxın məni, bezdim».

Qeyd edək ki, O.Rəsulova bir neçə gün əvvəl həyat yoldaşı, aparıcı Şəhriyar Əbilovdan bir il əvvəl boşandığını açıqlayıb. Oksana övladı Osmanın atasının Şəhriyar olduğunu bildirmişdi. 

İlk yorumu siz yazın