«Bircə qaynaqlarını da kəsdirsəydi…» — Elnurdan Şəbnəmə

«Bircə qaynaqlarını da kəsdirsəydi…» — Elnurdan Şəbnəmə
Tarix : Oxunma : Yorum Yaz

«Müğənnilərin məbləğ açıqlamasını anlamıram: gündəmdə olmaq üçündür? 50 min ziyana düşməyin camaata maraqlı deyil. Hər kəs o pulu qazanmaya bilər, olanı, olmayanı var. Bunu göstəriş üçün edə bilərsən. 50 min var, Allah xeyrini versin. Sonra da şərh yazanları qınayırlar ki, tənqid edirlər. Tək Şəbnəmə yox, məbləğ açıqlayan hər kəsə aiddir».

Axşam.az xəbər verir ki, bu sözləri stilist Elnur Həsənov «Deməsəm olmaz» proqramında deyib. Stilist müğənni Şəbnəm Tovuzludan danışıb. Elnur bildirib ki, Seda Sayanın proqramında Şəbnəmin Sibel Cana bənzədilməsini bəyənməyib:

«Seda Sayanın verilişinə çıxmağını, görüntüsünü bəyəndim. Geyimləri də yaxşı idi. Bircə qaynaqlarını da kəsdirsəydi, daha yaxşı olardı. Amma Seda Sayan ağzının danışığını bilmir. Əgər Şəbnəm Tovuzlu verilişə çıxıbsa, imkan verməzdi onun Sibel Cana bənzədilməsi mövzusunu danışsınlar. Mövzunu özləri verib və pərt oldu. Seda kobud qadındır və kobud da cavab verdi. Ümmiyyətlə, Seda sayan bizi sevmir. Bir də yanındakı qadınların gözəl olduğunu görüb, acılayır. Vaxtında Günel Zeynalovanı da acılayırdı. Kaş etməzdi ki, məni Sibel Cana, ona-buna bənzədirlər».

İlk yorumu siz yazın