6-7 iyul 2023-cü il tarixində «SABAH.HUB” İnnovasiya Mərkəzinin təşkilatçılığı və Bakcell şirkətinin dəstəyi ilə Baku ID’23 (Bakı İnvestisiya Günü) baş tutub. Bakcell şirkəti ölkə üçün xüsusi əhəmiyyət kəsb edən bu tədbirin sürət partnyoru kimi çıxış edib.
Azərbaycanda startap və innovasiya ekosistemini daha da irəliyə aparmaq məqsədi ilə yaradılmış investisiya tədbirində 100-dən çox yerli və xarici investor, yüzlərlə startap və ekspertlər iştirak edib. Regionun ən yaxşı startap layihələri ilə tanış olmaqla yanaşı, Baku ID’23 çərçivəsində Bakıda bir araya gəlmiş yerli və xarici startaplar, investorlar qlobal ekosisteminin gələcəyi mövzusunda çıxışlar etdilər, sessiya və panel müzakirələri keçirdilər.
Tədbir çərçivəsində «İnfrastruktur və texnologiyanın kəsişməsi: Ağıllı və bir-biri ilə əlaqəli cəmiyyətlərin qurulması” mövzusunda keçirilən panel müzakirəsində Bakcell şirkətini marketinq rəhbəri Elçin Gülməmmədov təmsil edib.
Xatırladaq ki, ölkədə «Bakcell ilə ən sürətli ol” şüarı altında genişmiqyaslı kampaniya həyata keçirən Bakcell «NEQSOL Holding”in tərkibinə daxildir.