Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı 

Bakcell Zəngilanın Ağalı kəndində mağaza açdı 
Tarix : Oxunma : Yorum Yaz

19 may 2023-cü il tarixində Zəngilan rayonunun Ağalı kəndində yeni Bakcell mağazası fəaliyyətə başladı. 

Yeni Bakcell mağazasında Ağalı sakinlərinə şirkətin məhsul və xidmətlərinin geniş çeşidi, həmçinin mobil nömrələr və aksesuarlar təklif edilir. Mağazanın açılışında Bakcell şirkəti və yerli qurumların nümayəndələri ilə yanaşı Ağalı kəndinin sakinləri də iştirak edib. 

Açılış mərasimi xüsusi olaraq uşaqlar üçün hazırlanmış əyləncə proqramı ilə yadda qalıb. Ağıllı kəndin gənc sakinləri üçün xoş sürpriz kimi tədbirdə müxtəlif oyunlar və şən yarışlar keçirilib, uşaqlara maraqlı hədiyyələr təqdim edilib. 

“NEQSOL Holding”in tərkibinə daxil olan Bakcell şirkəti hazırda “Bakcell ilə ən sürətli ol” şüarı ilə genişmiqyaslı kampaniya həyata keçirir.

İlk yorumu siz yazın