“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!

“Bakcell” ilə innovasiya və həyəcan dolu bir dövr başladı!
Tarix : Oxunma : Yorum Yaz

Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti “Bakcell”, 25 aprel tarixində baş tutan mətbuat konfransında yeni brend kimliyini elan edib.

“Bakcell”in dəyişən dünyanın tələblərinə uyğun rebrendinq tədbiri dünən axşam Bulvardakı innovasiyalarla dolu konsertlə davam edib.

Azərbaycanın telekommunikasiya sahəsi üçün innovasiya və həyəcan dolu bir gündə Bakcell, Röya, Miri Yusif, Tünzalə Ağayeva, Murad Arif, Hüsniyyə Məhərrəmova kimi tanınmış simaların iştirakı ilə tamaşaçılara möhtəşəm şou sərgiləyib. Tədbirin ən maraqlı məqamlarından biri də Bakcell-in mətbuat konfransında açıqladığı süni intellekt dəstəkli humanoid robot Ardinin Murad Ariflə duet oxuması olub.

10 000-lərlə tamaşaçının olduğu tədbirdə gecə boyunca müsabiqələr təşkil edən Bakcell, iPhone 15 Pro Max və digər dəyərli hədiyyələri qaliblərə yerindəcə təqdim edib. Gecənin sonunda isə Bakcell-in vəd etdiyi 100 000 GB hədiyyə bütün Bulvara paylanılıb.

Qeyd edək ki, şirkətin Baş İcraçı Direktoru Klaus Müller mətbuat konfransında çıxışı zamanı ən yaxın müddətdə bir sıra innovativ məhsul və xidmətlərin elan ediləcəyi ilə bağlı məlumat paylaşıb. Tədbirdən də göründüyü kimi Bakcell yeni dövrə keçid etməklə, abunəçilərinə innovasiyalarla dolu təcrübə yaşadacaq.

İlk yorumu siz yazın