“Bəyənmədiyim qonağı sancıram“ — Aparıcı

“Bəyənmədiyim qonağı sancıram“ — Aparıcı
Tarix : Oxunma : Yorum Yaz

«Televiziya mövsümü başlayandan bu günə kimi hansı müğənniyə zəng edib verilişimizə çağırırıqsa, ya deyir ki, əməliyyatdayam, ya da ki xaricdə istirahətdə. Aralarında bəzi ifaçılar da var ki, yeni mahnı yazdırıram, klip çəkdirəcəyəm gözlə hazır olsun, sonra gəlim. Digərlərin isə başı toylara və məclislərə qarışıb».

Bizim.media xəbər verir ki, bu sözləri «Xəbər-ətər» və «Sözbaz» verilişlərinin aparıcısı Zümrüd Bədəlova deyib. 

Aparıcı bildirib ki, iş xətrinə kaprizli müğənnilərin nazını çəkmək məcburiyyətində qalır:

«Kaprizli müğənnilərin kimliyini bildiyim üçün onların üstünə getmirəm. Məsələn olur ki, müğənni gəlir müsahibə verir, sonra da deyir ki, bu hissəni çıxart. Çıxardıram, amma sonra zəng edəndə telefonunu götürmürəm. Artıq bunlara öyrəşmişəm».

«Verilişinizə bəyənmədiyiniz sənətçi gələndə onu sevmədiyinizi reaksiyalarınızla bəlli edirsiniz» sualına Zümrüd cavabı ilə təəccübləndirib. Z.Bədəlova nəinki, bəlli etdiyini, hətta verilişin gedişatına sevmədiyi qonağı atmacalı sözləri ilə sancdığını dilə gətirib. 

«Məncə bu xüsusiyyət bütün aparıcılarda var. Çünki televiziya atamızın şəxsi mülkü deyil. Televiziya dövlətə məxsusdur və xalq baxır. Xalq kimi istəyir, biz də həmin sənətçini efirə dəvət edirik. Amma çox zaman müdiriyyətdən bununla bağlı iradlar eşidirəm.

Deyirlər ki, o dəqiqə hiss olunur ki, sən verilişinə gələn o qonağı sevmirsən. Mən də nə olursa-olsun, sevmədiyimi bəlli edirəm. Gizlədə bilmirəm. Efirdə onu sözlərimlə vururam, sancıram, ya da söz atıram. Bunu da həmin qonaq çox gözəl hiss edir. Qəribə olan budur ki, onu sevmədiyimi bilə-bilə verilişimə qonaq gəlir. Hətta verilişdən çıxır, sonra da xəbər göndərir ki, gələn ay məni yenə də Zümrüdün verilişinə qonaq çağırın. Niyə? Axı mən səni verilişimdə yaxşı qarşılamadım. Niyə yenidən gəlirsən? Anlamıram!» 

İlk yorumu siz yazın