“Bəyəm Elon Maskın ali təhsili var?!” — Aktyor

“Bəyəm Elon Maskın ali təhsili var?!” — Aktyor
Tarix : Oxunma : Yorum Yaz

“Dünya praktikasında ali təhsil çox da vacib deyil. Əsas odur ki, öz sahənin mütəxəssisi olmalısan”.

Bu sözləri Yenisabah.az-a aktyor Elməddin Cəfərov deyib.

O, təhsil eksperti Elçin Əfəndi açıqlamasına münasibət bildirib. “Hər bir kəsin ali təhsilinin olması zərurətdir” deyimi ilə razılaşmır:

“Ümumiyyətlə, ali təhsil lazımdır. Amma pulla diplom almağın tərəfdarı deyiləm. Kağız üzərində yalançı ali təhsilli görünmək nəyə lazımdır?! Həqiqi mənada kütləvi təhsilin tərəfdarıyam.

Dünya praktikasında ali təhsil çox da vacib deyil. Əsas odur ki, öz sahənin mütəxəssisi olmalısan. Amerikada, Avropada insanların çoxu heç universitet bitirmir. Di gəl ki, dünyanı yönləndirirlər. Məsələn, “Facebook”u ərsəyə gətirən Mark Zukerberq, yaxud Elon Mask universitet təhsillərini yarımçıq qoyublar. Amma öz sahəsinin mütəxəssisi olublar.

Əgər uşaq hansısa fəndən əla, digərindən kafi, yaxud qeyri-kafi qiymət alırsa, kafi, qeyri-kafi qiymət aldığı fəndən hazırlığa qoyuruq. Xaricdə uşağı gələcəkdə yaxşı mütəxəssis ola biləcəyini düşünüb qavraya bildiyi fəndən hazırlığa qoyurlar. Biz isə istəyirik ki, övladımız bütün fənlərdən əla qiymət alsın. Bu, mümkün deyil. Buna onun zehni güc yetməz”.

İlk yorumu siz yazın