Bəhram Bağırzadədən İrəvanla bağlı AMEA-ya ittiham: “Bəlkə xarici alimlərə sifariş edək!”

Bəhram Bağırzadədən İrəvanla bağlı AMEA-ya ittiham: “Bəlkə xarici alimlərə sifariş edək!”
Tarix : Oxunma : Yorum Yaz

Əməkdar artist Bəhram Bağırzadə Azərbaycan Milli Elmlər Akademiyasına açıq məktubla müraciət edib.

“Yeni Sabah” xəbər verir ki, o AMEA-nın İrəvan xanlığı ilə bağlı araşdırmalar aparmadığı üçün ittiham edib:

“Hörmətli akademiklər, professorlar, alimlər! Sizə sualım var — AMEA-da İrəvan xanlığının tarixi ilə məşğul olan mütəxəssislər varmı? 

Əgər İrəvan xanlığını azərbaycanlılar yaradıbsa (buna isə heç kimin şübhəsi yoxdur) və azərbaycanlılar bu ərazidə torpaq becərmiş, şəhərlər, məscidlər, saraylar, mədrəsələr, karvansaraylar, hamamlar, bazarlar, ilk dram teatrı və s. yaratmışlarsa, bəs nə üçün hələ də bu mövzuda fundamental və elmi-tədris işlər yoxdur? 

Nə üçün indiyədək İrəvan xanlığına həsr olunmuş heç bir sənədli və ya bədii film çəkməmişik? Niyə bizim ölkə vətəndaşları bilmir ki, AMEA-dan kimlərsə məqalə yazıb, müdafiə olunduqdan sonra elmi dərəcə alıb? Bəlkə buna vaxtımız, həvəsimiz yoxdursa, bu əsərləri xarici alimlərə sifariş verək? 

Üstəlik, dünyada bu mövzuda tarixi sənədlərin və fotomaterialların saxlanıldığı bir çox arxivlər var!

Biz İrəvan şəhərinə iddia etmirik, xüsusən də ona görə ki, bu şəhər başqa ölkənin paytaxtıdır, sadəcə olaraq tarixi ədaləti bərpa etməli, İrəvan xanlığını kimin, necə və nə vaxt yaratdığını vətəndaşlarımıza və bütün dünyaya çatdırmalıyıq! Sonra isə elmi əsərlər əsasında ilk növbədə övladlarımıza, yeni nəslə lazım olan, öz tarixini bilməli kitabları nəşr etmək lazımdır!”.

İlk yorumu siz yazın