«Səhv edən insan deyiləm, anadangəlmə beləyəm. Cavan olmamışam, oğlan sevməmişəm, danışmamışam. Xarakterim belədir. Məntiqlə, ağılla imanla, vicdanla ailə qurarlar. Hisslərlə ailə qurmazlar. Hisslərlə ailə quranların 90 faizi bu gün boşanır. Övladım, sən kimi gedib istəyirsən? Ağıllı ol bala, hər yoldan keçəni, istədiyini almazlar. Hər istənilən qapıya getməzlər. Deyirlər, yox, sənin ixtiyarın yoxdur. Necə yoxdur? Bu avara olandan sonra sən nə edəcəksən? Ondan bala gətirib verəcəksən mənə. Efirlər də bar-bar bağırır. Televiziyalar, ağııllı danışanlar. Xeyir, get işinlə məşğul ol. Mən özüm bilirəm ailəyə necə tərbiyə vermək lazımdır».
Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva «13 sual» verilişində qonaq olarkən deyib. O, estetik etdirən həmkarlarını qınayıb:
«Televiziyaya baxa bilmirəm. Yəni, mənim buna gücüm yoxdur. Bir növ möhkəm azara tutulublar. Bədən şəkilləndirmə, üz dəyişmə xəstəliyinə. Məsələn, burun pis vəziyyətdə olar, onu əməliyyat etmək lazım gələr. Arıqlamaq itəyirsən, yemə. Buradan yeyib bu boytda olursan, sonra da gedib qarnının piyini çəkirlər. Buradan yığıb o yana yapışdırırlar. Heç kimə də lazım deyil. 70 ildir belə oxuyursan, indi qarnını kəsdirəndə guya nə olacaq ki? Daha sənin qatarın getdi. Bundan sonra arıq görsəndin nə var, arıq görsənmədin? Yaş da gedib, baş da gedib.
Bir də arzulayıram ki, oxuya bilməyənləri gətirib başımıza çıxarmayın. Oxuyanlar yazıqdır. Səsi olmayanları gətirib səsi olanların başında əyləşdirməyin. Allahınız olsun».