Azərbaycanlı repçi Damlanı belə İFŞA ETDİ — FOTO

Azərbaycanlı repçi Damlanı belə İFŞA ETDİ — FOTO
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Damlanın bir neçə gün əvvəl «YouTube» platformasında yayımlanan «Asılqan» mahnısının baxış sayının və şərhlərin saxta olduğu ortaya çıxıb. 

Sfera.az xəbər verir ki, bu barədə tanınmış repçi «KQB» (Kamal Qarabasma) «Instagram» hesabında paylaşıb. 

O, paylaşımında şərhlərin saxta olduğunu bildirib:

«Səkkiz günə 400 min baxış yığıb, 13 min bəyənmə gəlib. Beş min şərh gəlib. Şərhlərin hamısı «bot»dur, baxın, eyni sözlərdir. 5200 şərhin 5 mini «bot»dur. Kimdir belə mahnıya qulaq asan? Mahnının adına bax, «Veşilka». Saxta baxış, şərh və saxta trendlər…»

O, paylaşıma «Dama-dama göl olar. «Bot-bot»da, «fake» trend. Saxta trendiniz mübarək. Deyirəm axı, son zamanlar niyə layihələrim trendə girmir, amma gəl ki, konsertlərdə oxuyanda rahatlıqla sevilir» qeydini yazıb. 

Sosial şəbəkədə kifayət qədər müzakirələrə səbəb olan bu paylaşımdan sonra Damla məsələyə reaksiya verərək bundan xəbərsiz olduğunu deyib:

«Yeni mahnımıza yutub kanalında vurulan bot»lar. Şərhlər gözünüzə girsin. Bu yola da əl atdınız. Barı bu qədər ucuz olmayın». 

İlk yorumu siz yazın