Azərbaycanlı müğənninin anası Xətaidə partlayış baş verən binada olub — FOTO

Azərbaycanlı müğənninin anası Xətaidə partlayış baş verən binada olub — FOTO
Tarix : Oxunma : Yorum Yaz

İki gün əvvəl paytaxtın Xətai rayonu, Lütfi Zadə küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın olub.

BAKU.WS xəbər verir ki, bədbəxt hadisə zamanı müğənni Tuncay Bərdəlinin anası Nahidə xanım da orada olub. 

Bununla bağlı BAKU.WS-ə açıqlama verən sənətçi məlumatı təsdiq edib və anasının səhhətinin yaxşı olduğunu bildirib: 

«Mən orada yaşamıram. Uzun müddətdir ki, anam o binada yaşayır. Çox şükür ki, partlayış zamanı heç bir xəsarət alımayıb. Allah hamının köməyi olsun, həmçinin də anamın».

Xatırladaq ki, binadakı partlayış 17 mərtəbəli yaşayış binasının şaxtasından keçən elektrik kabellərində baş verib. Yanğın zamanı qatı tüstülənmiş binadan xüsusi təyinatlı texnikaların da tətbiqi ilə 7-si uşaq olmaqla 37 nəfər bina sakini təxliyə olunub.

TƏBİB-dən bildirilib ki, hadisə nəticəsində 23 (10-u kişi (2 uşaq), 13-i qadın (2 uşaq) olmaqla) nəfərdən 19-na yerində yardım edilib. 4 nəfər isə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə yerləşdirilib. Onların müalicəsi davam edir.

İlk yorumu siz yazın