Müğənni Samirə Əfəndi Tel-Aviv şəhərində çətin vəziyyətdə qalıb.
Yenisabah.az xəbər verir ki, oktyabrın 6-da İsraildə konsert verən müğənni HƏMAS hərəkatının İsrailə qarşı genişmiqyaslı hərbi əməliyyata başlamasından sonra anası, xalası və meneceri ilə birlikdə qonaq olduğu məkandan çıxa bilməyib.
“Səhər 6:30-dan həyəcan siqnalı verilib, sığınacaqdayıq, gizlənmək tapşırılıb. Göydə raketlər uçur. Sabah uçmalı idik, buradan çıxış yolu axtarırıq”, — deyə Samirə Əfəndi 15 minlik “İnstagram” hesabında məlumat verib.
Xatırladaq ki, Samirə Əfəndi Avroviziya-2021-də Azərbaycanı təmsil edib.