«Hər zaman fikirləşirəm ki, kaş 20-25 il əvvəlki insanlar olardı. Paxılllıq yox idi. Zaman, həyat dəyişib. İnsanlar bir-birinə necə aqresivdir. Yaxşı əməlləri görmürlər».
Yenisabah.az xəbər verir ki, bu sözləri müğənni Manaf Ağayev «Tam vaxtıdır» verilişində deyib. Sənətçi sosial şəbəkədə yazılan tənqidlərdən söz açıb. O bildirib ki, yardım edənləri də tənqid atəşinə tuturlar:
«Biri deyəndə ki, nə var? Cavab verirəm ki, 20-30 min pul ver, saxlayım qaytarım. Gör şəkər olursan, ya yox. 200-300 manata görə ayla işləyənlər, zülm çəkənlər var. Pula əvəlik yarpağı kimi baxırlar. Buna ürək lazımdır, pul yox. Baxıram, efirdə çıxıb bütün xalqa müraciət edir. Düşünürəm ki, bir həftədir yalvarır. Azərbaycanda bu qədər milyonçu var, pulu tərəzi ilə çəkirlər. Ürəyi gəlmir bu xəstəyə pul göndərə. Amma görürsən ortaya bir oğlan çıxır verir, halbuki özünün nə qədər verəcəyi var. Bir tanıdığım var, evinin, pulunun sayını itirib. Amma deyəndə kiməsə kömək lazımdır, qayıdır ki, mənlik deyil». (axşam.az)