Azər Vüsaləyə görün kiminlə xəyanət edib

Azər Vüsaləyə görün kiminlə xəyanət edib
Tarix : Oxunma : Yorum Yaz

Azərbaycanda “Ekstra hiss”, Moskvada “Bitva ekstrasensov”, Ukrayna və Qazaxıstanda da eyni adlı verilişlərdə öz görücülük məharəti ilə fərqlənən, Voronejdə “Bitva ekstrasensov” layihəsinin 2011-ci il qalibi, ekstrasens Aqil Məhərrəmov TV məkanımızın tanınmış simaları olan aparıcılarla bağlı şok proqnozlar verib.

7Times.az  Movqe.az-a istinadla 13 yaşından bu günə kimi 7 dəfə vergi verilən, 2 ay oyanmadan yatan, şou əhli ilə bağlı, xüsusilə Hüseyn Dəryanın keçmiş həyat yoldaşı Sona Muradova ilə bağlı verdiyi proqnozu təsdiqini tapan ekstrasens Aqil Məhərrəmovun qalmaqallı müsahibəsini ixtisarla təqdim edir.

– Xoşqədəm Hidayətqızı haqqında son olayı yəqin ki, eşitmisniz.  İnsanlara maraqlıdır ki, sülhsevər, bir çox insanları taparaq ailələrə xoşbəxtlik gətirən X.Hidayətqızı həqiqətənmi qonşusunun torpağını əlindən alıb? Ya bu ona qarşı edilən qara piar məqsədi daşıyır?

– Bəli, doğru xəbərdir. Əlindən almasa da, elə bir şey edib. Madiyyat qarşılığında edilən bir şeydir. Xoşqədəm xanıma belə məsləhət görərdim ki, o evi almasın. Uğur görmürəm ona o evdə… Ümumiyyətlə, Xoşqədəm xanımı yaxşı bir insan kimi hiss edə bilmirəm. O çox insanları gözüyaşlı qoyub.

– Aparıcı Cavid Gül və sevgilisi Səbinə Allahverdiyeva… Səncə, onlar ailə həyatı quracaqlar?

– Tanımıram. Şəkil göstərin, mümkünsə. (şəkli internetdən tapıb göstərirəm.-red) Bu cütlük birlikdə olmayacaq. Bu iki insan sevgilidirlər ümumiyyətlə?

– Səhv etmirəmsə hə.

– Aralarında sevgi görmürəm. Dostluq, birləşmə, öyrəşmə görürəm.

 Vəssalam?

– Cavid Gül və model sevgilisi arasında intim münasibət görürəm. Sevgi yoxdur. Mənə elə gəlir ki, bu iki insan bir-birindən reklam üçün istifadə edirlər. Sonda böyük bir sporla ayrılacaqlar.

– Aparıcı Şəhriyar Əbilovdan da danışaq.

– Onu yaxşı, sadə insan kimi görürəm. Çox sadəlövh insandı. Bu il xarici dövlətdə olacaq. Hələ ailə qurmayacaq. Ailələrində sevinc görürəm.

– Nərgiz Cəlilova…

– Yazıq Nərgiz Cəlilova…

– Niyə ki?

– Allah bu insana səbir versin. Zərbələr və cadular bu insana çox olub. Nərgiz Cəlilovanın vurduğu zərbələr ona vurulan zərbələr arasında yoxa çıxıb, kölgədə qalıb. Bu insanda və qızında çox cadular var. Qızının da həyatı qarmaqarışıq olacaq. Ekstrasensə ehtiyacı var. Yüzdə yüz.

– Zaur Kamal haqqında danışaq.

– Ona üzük görürəm. Yaxın zamanda evlənəcək və tezliklə də uşağı olacaq. Amma 5/5 layihəsi bağlanacaq.

 İlham Mirzəyev bu il azad olacaq?

– Mənə elə gəlir ki, bu il həbsdə qalacaq. Gələn il çıxacaq. Amma onda bir qram da ekstrasenslik gücü görmürəm. Olar bir söz deyim?

– Buyurun.

– Mən insanlardan bir şey rica edim ki, hər hansı ekstrasens yüksək məbləğ tələb edəndə həmin məbləği verməsinlər. Yoxsa 7-8 min ekstrasensə verirlər ki, sən Allah məni sağalt. O da yalançı çıxır, it də gedir, ip də…

– Samir Bayramlı çoxdandı görünmür. Görəsən onda da cadu filan var?

– İki oğlan aparıcı ona efirdən uzaqlaşması üçün cadu ediblər.

 İlkin Həsəni görəsən bu il evlənəcək?

– Məncə, İlkin Həsəni də bu il evlənəcək. Ayrılıqlar olub. Sevdiyi qız olub. Ondan ayrıldıqdan sonra sevgidən uzaqlaşıb. Diplom görürəm. Və bu il ərzində başqa uğurlu layihəsi olacaq.

– Yandırıb-yaxan Zema…

– Zemanın həyatında iki kişi görürəm. Məncə Zemanın ürəyində başqa adamdı, yatağında başqa adam…

 Nanə nə vaxt evlənir?

– Tezliklə evlənəcək. Özündən yaşca böyük biri ilə. Həmin şəxs biznesmendi.

– Zaur və Günay üçün deyirlər ki, şou xətrinə evləniblər. Sizcə, düzdü?

– Xeyr, onlar evləniblər. Sevirlər bir-birini. Amma “Öz aramızda” verilişi bağlanacaq. Zaur haqqında onu deyə bilərəm ki, 6 il tanınmış bir insanla gizli eşq yaşayıb. Amma şou-biznes adamı olmasa da, üzdə olan biri ilə sevgili olub.

– Afaq Gəncəli…

– Həyatında biri var. Ciddi münasibətləri var, amma sonda ayrılıq olacaq. Birinci ailəsi caduya görə dağılıb.

– Azər Vüsalə cütlüyü yenidən bir araya gələcəkmi?

– Azər Vüsalə cütlüyü heç vaxt barışmayacaq. O xəyanəti bağışlamaq olmaz. Mən belə görürəm ki, Azər Vüsaləyə onun rəfiqəsi ilə xəyanət edib. Vüsalə bilir ki, kimdən söhbət gedir. Mən də görürəm. Azər onu sevir. Amma Vüsalə onu istəmir. Vüsalənin həyatında yeni insan görürəm. Azər isə yenidən ailə qursa da yenə dağılacaq.

– Azər Axşam barədə nə deyə bilərsiz?

– Mən belə görürəm ki, Azər Axşama 1-ci həyat yoldaşı və daha bir qadın cadu edib və o cadularını təmizləməsə ölə bilər.

– Son olaraq Elgiz Əkbər haqqında danışaq.

– Elgiz Əkbər ailə quracaq. Amma tez bir zamanda dağılacaq. Elgiz övlad sahibi ola bilməyəcək, elə görürəm.

İlk yorumu siz yazın