«Artıq tənhalığımla razılaşıb oturmuşam. Mənim ailə sarıdan bəxtim gətirmədi, razılaşıram. Mən bir kişi tərəfindən sevilmişım, o da atam olub. Sevgiyə inanmıram. Yəqin ki sevgi olsaydı davam edərdi».
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aytac Vidadiqızı «Həmin Zaur» proqramında deyib. Türkiyə vətəndaşı Can Bekirlə ailəli olan sənətçi ayrıldıqlarını açıqlayıb:
«İki uşaqlayam, bu günümə şükür. Qadın olaraq özümü çox güclü hiss edirəm. Onların həm atası, həm anasıyam. Uzaqdadır, biz artıq ailə deyilik. Bütün simlər qırılıb, birləşməyimiz qeyri-mümkündür. Uşaqlara olanda göndərir, olmayanda yox. Allah mənə güc verir, övladlarıma baxıram. Kaş bəzi şeyləri etməzdim, amma hər şey iki uşağıma qurban olsun. Evlənməkdə tez qərar verdim. Mənim yanıldığım günlər oldu. Elə şeylər oldu ki…
Çox fədakar qadınam, hər şeylə razılaşdım. Bütün gücümlə onun yanında oldum. Sevdim və yandım. Belə çox yaxşıyam, bütün sevgimi övladlarıma verirəm».
Qeyd edək ki, Aytacın həyat yoldaşı hazırda Amerikada yaşayır və orada çalışır.