Aysunun ayrılmağına səbəb şiddət olub?

Aysunun ayrılmağına səbəb şiddət olub?
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun İsmayılova yazdığı şərhlə müzakirələrə səbəb olub.

Axşam.az xəbər verir ki, sənətçi «Ümid ilə gəl» verilişində qadına şiddətlə bağlı müzakirəyə münasibət bildirib. 

«Yaxşı kişi qadına əl qaldırmaz. Qadına gücü, kişiliyi döyərək göstərmirlər, qadını yaxşı saxlayaraq, onu xoşbəxt edərək göstərirlər. O ki qaldı səhvə… «Səhvi olanda bir şillə vurmaq olar» nə deməkdir? Bəs, siz kişilərin səhvi olanda qadın nə etsin? İş orasındadır ki, indi elə zəmanədəyik səhvi olmadan, ailəni saxlayan qadınlar da döyülür, söyülür. Bu mövzu mənim yaralı yerimdir, danışsam çox danışacam. Yaxşısı mən susum» deyə, Aysun yazıb. 

Onun bu sözləri isə müzakirə yaradıb. Bir çoxları Aysunun ayrıldığı həyat yoldaşı tərəfindən şiddət gördüyünü yazıb. 

Qeyd edək ki, Aysunla Eşqin iyunda ailə qurub və bir neçə müddət əvvəl ayrılıb. 

İlk yorumu siz yazın