Aysundan ayrılıq xəbərlərinə reaksiya — Foto

Aysundan ayrılıq xəbərlərinə reaksiya — Foto
Tarix : Oxunma : Yorum Yaz

Bir neçə gündür ayrılıq xəbərləri ilə gündəmdən düşməyən müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova ötən gün Axşam.az obyektivinə tuş gəlib. 

Axşam.az xəbər verir ki, sənətçi anasının şəhidlər üçün verdiyi ehsan mərasiminə qatılıb. 

Aysunun evlilik üzüyünü çıxardığı diqqətdən qaçmayıb. İfaçı ayrılıqla bağlı sualları isə cavabsız qoyub. O, müsahibə verməkdən qaçıb. 

Aysun daha sonra «Bu haqda danışmaq istəmirəm, danışmayacam» deyərək, reaksiya verib. Bununla bağlı danışmasa da sənətçi ayrılıq xəbərlərini inkar da etməyin. Hər yerə birlikdə getdiyi Eşqinin isə məclisdə olmaması diqqət çəkib. 

Qeyd edək ki, Aysun və Eşqin iyunda ailə qurub. Bir müddət əvvəl isə onlar instaqramda birlikdə olan fotolarını siliblər və bir-birini izləmədən çıxarıblar.

İlk yorumu siz yazın