Ayseldən ailə qurub, boşanması iddialarına reaksiya

Ayseldən ailə qurub, boşanması iddialarına reaksiya
Tarix : Oxunma : Yorum Yaz

Xəbər verdiyimiz kimi, müğənni Sevinc Ağaşirinova həmkarı Aysel Əlizadənin Türkiyədə ailə qurub, sonra boşandığını iddia edib. 

Aysel məsələ ilə bağlı Axşam.az-ın suallarını cavablandırıb. O, Sevincin bu açıqlamasını yanlış hərəkət adlandırıb:

«Təsir edir ki, dostların bu xəbəri çıxarır. Reytinq həyatda hər şey demək deyil. Adamın başına bir iş gələndə, sevənləri yanına qaçır, əl tutur. Mənə pis gəldi ki, niyə məndən soruşmadan belə xəbərlər çıxır? Sevinc çox şey danışa bilər. Bu hərəkəti etməklə düzgün etməyib. Bildi, bilmədi, eşitdi, eşitmədi, insan gözüylə gördüyünü belə deyir, əmin deyiləm. İnsan hansısa bir fərziyəni danışıb».

İlk yorumu siz yazın