«Avroviziya» təmsilçilərimizdən olan Aysel Adıgözəlzadənin yeni fotosu yayılıb.
Axşam.az xəbər verir ki, müğənni M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında görüntülənib. O, həyat yoldaşı Xalq artisti Murad Adıgözəlzadənin konsertini izləməyə yollanıb. Aysel həyat yoldaşını zaldan izləyib.
Qeyd edək ki, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası 10-14 oktyabr tarixlərində keçirilən “Dünya konsertləri turnesi” beynəlxalq layihəsi çərçivəsində (bədii rəhbər Stanislav Yudeniç (ABŞ)) dahi rus bəstəkarı Sergey Raxmaninovun 150 illik yubileyinə həsr olunmuş konsertlər silsiləsinə ev sahibliyi edib.
Bədii rəhbər və baş dirijor, Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə solistlər — Xalq artisti Murad Adıgözəlzadə (piano, Azərbaycan), Stanislav Yudeniç (piano, ABŞ), David Khrikuli (piano, Gürcüstan) musiqisevərlərə öz ifalarını təqdim ediblər.