Ayselə partlayışda dəymiş ziyan qarşılandı

Ayselə partlayışda dəymiş ziyan qarşılandı
Tarix : Oxunma : Yorum Yaz

«Location» gecə klubunda baş verən partlayışda ağır yaralanıb günlərlə komada qalan bloger Aysel Şükürə dəyən ziyan qarşılanıb.

OLAY yazır ki, bu barədə influenser sosial media hesabında məlumat verib.

O bildirib ki, klubun sahibləri xəstəxana xərcləri daxil, Ayselin partlayış zamanı itirdiyi telefonu da alıblar.

«Partlayışda ağır yaralananlardan idim. Telefonlarım orada qalmışdı və heç biri tapılmadı. Xəstəxanada isə vəziyyətim çox ağır idi, dəfələrlə əməliyyat olunmuşdum. Bu haqda da paylaşım etmişdim ki «Location»un rəhbərliyi mənə dəymiş ziyanı ödəmək istəmir. Nə xəstəxana pulumu, nə də telefonlarımın pulunu ödəmirdilər. Daha doğrusu, sonradan xəstəxana pulunu verməyə razı olmuşdular, amma telefonlarımın pulunu vermək istəmirdilər. Mən də hər kəs kimi haqqımı tələb etmək üçün onlardan şikayət etdim. Onlar da bu gün axır ki, həm xəstəxana pulumu verdilər, həm də yeni telefon aldılar. Düzdür, bunlar mənə dəymiş mənəvi ziyanı heç vaxt qarşılaya bilməz, həm psixoloji travmalarım, həm əsəb sistemim, həm içimə qapanmalarım, yaddaşım… Bunlar ömür boyu mənimlə qalacaq, ancaq bütün əsəblərimi pozduqdan sonra hər şey yenə də mən deyən kimi oldu. Ona görə də hamı haqqın tələb etsin. inşallah, haqq yerini tapsın, əsl günahkarlar cəzasını çəksin! Haqqınızı tələb etməkdən çəkinməyin! Bu arada yenə də hər şeyi mən özüm etdim, tək başına, bu işdə mənə heç kim kömək olmadı. Allah bizi heç kimə möhtac eləməsin».

Qeyd edək ki, Aysel hələ də 3-cü dərəcəli yanıqların sağalması üçün müalicə alır.

İlk yorumu siz yazın