Aynişan yenə izləyicisi ilə gərginlik yaşadı

Aynişan yenə izləyicisi ilə gərginlik yaşadı
Tarix : Oxunma : Yorum Yaz

Bloger Aynişan Quliyeva növbəti izləyicisi ilə gərginlik yaşayıb. 

OLAY yazır ki, influenser bir istifadəçinin “Bu kimi insanlar özlərini göstərməkdən başqa bu cəmiyyətə bir fayda verirlər?”,- rəyindən narahat olub.  O, həmin şərhi instaqram hekayəsində paylaşaraq abunəçiləri ilə sorğu-sual edib və bu sözləri yazıb: 

“Gəlin xanımı bir az məlumatlandıraq”.

Quliyevanın izləyiciləri onun gördüyü işlər, uğurları, gözəlliyi barədə məlumatlar yazıb.  Aynişan sözügedən rəyləri “story”də yayaraq “ümid edirəm ki, xanımı bu gecə məlumatlandırdıq. O da, biz də rahat yata bilərik”,- sözlərini qeyd edib.

Qeyd edək ki, bloger bundan əvvəl bir izləyicisi barədə hüquq-mühafizə orqanlarına şikayət ünvanlamışdı.

İlk yorumu siz yazın