“Ayıb sizin şəkillərinizdir, internetdə açıq-saçıq fotolarınız…” – Efirdə qalmaqal

“Ayıb sizin şəkillərinizdir, internetdə açıq-saçıq fotolarınız…” – Efirdə qalmaqal
Tarix : Oxunma : Yorum Yaz

Bir neçə gün əvvəl aktrisa Nəzakət Məmmədovanın efirdə söylədiyi «Həyat yoldaşım qardaşım arvadı ilə mənə xəyanət edib» ifadələri yenidən qalmaqal yaradıb.

Yenisabah.az xəbər verir ki, bu dəfə Elit Star Cəmilə adı ilə məşhurlaşan müğənni məsələyə sərt reaksiya verib.

“Ümid ilə gəl” verilişində ekspert qismində çıxış edən sənətçilər arasında mübahisə yaranıb.

Cəmilə aktrisanı tənqid atəşinə tutub:

“Ailədə olan söhbət qapalı qalmalıdır. Dünya görə-görə gəlmişəm. Ailədə olan sirr ailənin içində olmalıdır. Sizin oğlunuz var. Qardaşına hörmət edən adam belə addım atmaz. Boşandınız, söhbət bağlandı.

Bunu niyə efirdə deyirsən. Qardaşının uşağı bu dəqiqə evdən küçəyə çıxa bilmir. Ayıb deyil?! O, ömür boyu da cəmiyyət arasında çıxa bilməyəcək. Bu nəsildən-nəslə keçəcək. Sən yalnız özün üçün yaşamırsan. Arxada nəsil var».

Nəzakət Məmmədova da öz növbəsində Cəmiləni cavabsız qoymayıb:

“Nə yaxşı sizə ayıb deyil ki, internetdə açıq-saçıq fotolarınız var. Amma mənə ayıbdır? Ayıb sizin şəkillərinizdir. Mənə niyə ayıb olmalıdır ki?»

İlk yorumu siz yazın