Aygünlə Gülüstan efirdə niyə salamlaşmadı?

Aygünlə Gülüstan efirdə niyə salamlaşmadı?
Tarix : Oxunma : Yorum Yaz

İllərdir küsülü olduqları iddia edilən Xalq artisti Aygün Bayramova ilə Əməkdar artist Gülüstan Əliyeva bir araya gəlib.

OLAY yazır ki, onlar «Zaurla Günaydın» verilişində qonaq olublar.

Lakin xanəndələrin bir-birilərinə soyuq münasibəti diqqətdən qaçmayıb. Belə ki, G. Əliyeva studiyaya daxil olanda A. Bayramova ilə salamlaşmayıb.

Həmçinin Bayramova ifa etdiyi zaman G. Əliyeva aparıcı Zaur Baxşəliyevin təkidi ilə rəqs edib.

Buna baxmayaraq, Xalq artisti ifası boyunca həmkarı ilə arasında məsafə saxlamağa diqqət göstərib.

İlk yorumu siz yazın