Xəbər verdiyimiz kimi, müğənni Aysun İsmayılova ötən gün dənizkənarı məkanların birində toy edib.
BiG.AZ xəbər verir ki, toy mərasimi maraqlı görüntülərlə yadda qalıb.
Belə ki, məclisdən çəkilən videoların birində rəqqasə Aygün Babayeva ifaçının həyat yoldaşı Eşqin Cəlilovla zarafatlaşıb.
O, bəyə əl işarəsi ilə onu öpməyi təklif edib. Eşqin ilk öncə imtina edib, lakin Aygün onun qulağına nə isə dedikdən sonra razılaşıb, öpmək istədiyi an isə rəqqasə fırlanaraq ondan uzaqlaşıb.
Qeyd edək ki, əsasən gənclərin qonaq olduğu gecədə müğənnilər Şəbnəm Tovuzlu, Türkan Vəlizadə, aktrisalar Pərvin Abıyeva, Nərgiz Əliyeva və başqaları iştirak ediblər.
Bəyin valideynləri toyda iştirak etsə də, müğənni Rəqsanə İsmayılova xəstə olduğu üçün qızının toyuna qatılmayıb. Nənəsi və xalası isə Aysunun şad günündə olublar.
Gecədə Nazilə Səfərli Aysun üçün xınayaxdı mərasimi də təşkil edib. İfaçı xına zamanı ağlayıb.
Maraqlı məqamlardan biri odur ki, toyda gəlin 4 libas, bəy də geyimini dəyişib. Qonaqlara isə dress-kod təyin edilib. Belə ki, qadınların ağ, kişilərin qara geyinməsi tələb olunub.
Toydan görüntülər sosial şəbəkələrdə paylaşılıb.