Aygün Bayramova ilə Gülüstan Əliyeva barışıb

Aygün Bayramova ilə Gülüstan Əliyeva barışıb
Tarix : Oxunma : Yorum Yaz

Xalq artisti Aygün Bayramova ilə Əməkdar artist Gülüstan Əliyeva barışıb.

Axşam.az xəbər verir ki, bu haqda «Deməsəm olmaz» proqramında deyilib. Bildirilib ki, barışıq Novruz bayramı ərəfəsində baş verib.

Xanəndələri Xalq artisti Nəzakət Teymurova barışdırıb. Hadisə Azərbaycan Milli Konservatoriyasında olub. N.Teymurovanın barışıq istəyinə həmkarları müsbət reaksiya verib.

Qeyd edək ki, A.Bayramova və G.Əliyeva uzun illərdir küsülüdür. Onlar arasındakı incikliyin səbəbi bilinməsə də, küsülülükləri «Zaurla Günaydın» proqramında ortaya çıxmışdı. Proqramda qonaq olan sənətçilər içəri girəndə görüşməyib, bir-birinin ünvanına atmacalı sözlər atıb.

İlk yorumu siz yazın