Ayan: «TikTok»da pul qazanmaq mənlik deyil

Ayan: «TikTok»da pul qazanmaq mənlik deyil
Tarix : Oxunma : Yorum Yaz

«»TikTok»u dağıdıram, xəbəriniz var? Son iki aydır kı, oradayam və paylaşdığım videolara 1,5-2 milyon arasında baxış sayı var».

BiG.AZ bizim media-ya istinadən xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva qonaq olduğu «10-da görüşək» səhər şousunda deyib.

Sənətçi bildirib ki, həmkarları kimi o, heç vaxt «TikTok»da canlı açıb, yarışmalarda iştirak etməyəcək.

«TikTok»da pul qazanmaq mənlik deyil. Niyə orada pul qazanmalıyam ki? İşim-gücüm var. Sadəcə, orada paylaşımlar edərək əhvalımı düzəldirəm. Heç zaman «TikTok»da canlı açıb, yarışmalara, oyunlara qoşulmaram».

O daha sonra bildirib ki, heç vaxt özünü milyoner, varlı insan kimi tanıtmağa çalışmayıb:

«İnsanın həyatında pul önəmlidir. Ətrafımda olan insanlar isə pul dostları deyil».

İlk yorumu siz yazın