«Atamın ölüm tarixini yuxusunda görmüşdü» — Baloğlan Əşrəfovun oğlu

«Atamın ölüm tarixini yuxusunda görmüşdü» — Baloğlan Əşrəfovun oğlu
Tarix : Oxunma : Yorum Yaz

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov «O üz» proqramında atasının vəfatından danışıb.

Axşam.az xəbər verir ki, o, bildirib ki, atasının ölümünü qardaşı yuxusunda görüb:

«Qardaşımın yuxusuna girmişdi ki, nənəmlə babam atamın dalıyca gəlib. Qardaşım da deyib ki, qoy sağalsın, 12 gündən sonra gələrsiniz. Həmin gün də ayın 26-sına düşürdü. Həmin gün qardaşım həyəcanlı idi. Bunu evdə anama danışmışdı, mən sonradan bildim. Saat 10-a, 11-ə qədər rahat olub ki, bu gün keçdi. Amma atam saat 12-ni keçməmiş vəfat etdi». 

Qeyd edək ki, B.Əşrəfov ötən il koronavirus infeksiyasından dünyasını dəyişib.

İlk yorumu siz yazın