«Atama xərçəng olduğunu deyə bilmədik»

«Atama xərçəng olduğunu deyə bilmədik»
Tarix : Oxunma : Yorum Yaz

«Atamın ciyərinə su yığılmışdı, xəstəxanaya getmək istəmirdi. «Yaxşıyam» deyirdi. Bu minvalla onu xəstəxanaya apardıq və ciyərindən su aldılar. Məni qucaqladı və dedi ki, “Necə yüngülləşdim”.  Amma ağciyər xərçəngi olduğunu bilmirdik. Analizlərini götürdülər, törəmələri əkdilər, bu xəstəliyinin olduğu üzə çıxandan sonra biz ona xərçəng olduğunu deyə bilmədik. Çünki artıq gec idi».

Axşam.az xəbər verir ki, bu sözləri mərhum Xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova «AStar» yutub layihəsində atası ilə bağlı danışarkən deyib. O, xəstəliyin valideyninin bədənində çox yayıldığını bildirib:

«Hacı Nuran Heydər Əliyev Fondunun dəstəyi ilə klinikaların birində müalicə olunmasını təklif etdi. Tərəddüd edirdi, deyirdi ki, “Artıq xəstəxanaya getməkdən yorulmuşam». Daha sonra razılıq verdi, amma kimyaterapiyalar alsa da, bu xəstəlikdən xilas ola bilmədi. Çünki xəstəliyi orqanizmində çox şaxələnmişdi.

Bundan sonra yatağa düşdü. Bir çox telekanallar müsahibə almaq istədilər. Lakin atam geri çevirdi. İstəmirdi ki, onu kimsə bu halda görsün. Deyirdi ki, insanların qarşısına necə şux çıxmışamsa, yaddaşlarında da elə qalmaq istəyirəm”.

İlk yorumu siz yazın