“Atam öləndə müğənnilərin çoxu yasa gəlmədi” — Baloğlan Əşrəfovun oğlu

“Atam öləndə müğənnilərin çoxu yasa gəlmədi” — Baloğlan Əşrəfovun oğlu
Tarix : Oxunma : Yorum Yaz

Mərhum Əməkdar artist Baloğlan Əşrəfovun oğlu Peyman Əşrəfov şou əhlini qınaq atəşinə tutub.

“Facebook” hesabında paylaşım edən P.Əşrəfov vaxtilə atasıyla yaxınlıq edən sənətçilərin onun yasına belə gəlmədiyini bildirib:

“İstədim bu mövzuya toxunmayım, amma sonra fikirləşdim ki, niyə reallığı deməyim? Bu incəsənət aləmində kim deyirsə ki, dost var, çox yalan danışır. 2017-ci ildə nənəm rəhmətə getdi. Demək olar ki, bütün müğənnilər məclisinə gəlmişdi, çünki atam sağ idi. Amma 2021-ci ildə atam rəhmətə gedəndə çox az sayda müğənni gəldi, çünki atam yox idi. Əgər pandemiya idisə, ilinə gələrdilər. Qəbrini ziyarət edərdilər. Sağlığında atama “qardaş” deyənlər də necə dəyişdisə, mən onların necə rol oynadıqlarına belə məəttəl qaldım.

Bəstələdiyi, ifa etdiyi mahnıları efirlərdə oxuyan müğənnilər bir dəfə olsun, atamın məzarı üstə gəlmədilər”. 

İlk yorumu siz yazın