«Atam məni tanımırdı» — Aynur Dadaşova

«Atam məni tanımırdı» — Aynur Dadaşova
Tarix : Oxunma : Yorum Yaz

«Həmişə sual verirdim ki, nə istəyirsən? Cavab verirdi heç nə, can sağlığı. Ətri, iyi burnuma gəlir. Reanimasiyda yanına getdim, məni tanımadı. Dedim, ata, məni tanıyırsan? Durdu, elə bildi, gəlmişəm onu aparmışam. O qədər övladlarını çox istəyirdi ki…».

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Aynur Dadaşova «Şourum» proqramında deyib. Sənətçi atası İbrahimi itirməsindən danışıb:

«Güclüyəm, amma danışanda gücüm qalmır. Valideyn nə qədər var, övlad cavan, güclü və gümrahdı. Nə vaxtsa valideyni itirdin, bədənin yarısı yoxdur. Atam bir dəfə demədi problemim var. Ata tərəfdə bizdə ömür qısadır. 66 yaşı yox idi vəfat edəndə. Xəstəxanadan gələndə səhhətində narahatçılıq idi. Dedi ki, balalarıma qurban olum, onlar kimi heç kim mənə baxa bilməz. Yenidən xəstəxanaya apardıq. Ona baxa bilmədim ki, birdən nəsə olar».

İlk yorumu siz yazın