«Bu sənəti seçəndə artıq bilirdim ki, ərə getməyəcəm”.
Bu sözləri müğənni Səidə Sultan “Özəl” verilişində deyib. O, ailəsinin bu sahəni seçməsini istəmədiyini bildirib:
«Məni oxumağa qoymurdular. Rəhmətlik atam gördü ki, qarşımı kəsə bilmir, oturub mənimlə kişi kimi söhbət etdi. Dedi ki, «müğənni olduqdan sonra ərə getməyin çətin olacaq, razısan?». “Hə” cavabını verdim. Artıq bununla barışmışam”.