Ancelina Coli dəstək üçün müharibənin getdiyi Ukraynada — VİDEO

Ancelina Coli dəstək üçün müharibənin getdiyi Ukraynada — VİDEO
Tarix : Oxunma : Yorum Yaz

Bu gün, aprelin 30-da məşhur Hollivud aktrisası Ancelina Coli Lvovda görüntülənib. O, “Lvov kruasanları” kafesində kameraların obyektivinə tuş gəlib.

Dünya kino ulduzu Ukraynaya kömək etmək üçün BMT əməkdaşları ilə birlikdə Lvovda olub.

“Xüsusi heç nə yoxdur. Sadəcə Lvov. Sadəcə qəhvə içməyə getdim. Sadəcə Ancelina Coli. Sadəcə bütün dünya Ukraynanı dəstəkləyir” – deyə aktrisanı lentə alan Maya öz videosuna şərh verib.

Qeyd edək ki, Ancelina Coli Ukraynada müharibənin ilk günlərindən Ukrayna xalqını dəstəkləyir və evlərini tərk etmək məcburiyyətində qalan ukraynalılara yardımın təşkilində fəal iştirak edir. Bundan əvvəl o, Ukraynadan olan qaçqın uşaqların qaldığı Romadakı Pediatrico Bambino Gesu xəstəxanasında olub.

İlk yorumu siz yazın