Əməkdar artist Nüşabə Ələsgərli 7 il öncə vəfat edən anasından danışıb.
Axşam.az xəbər verir ki, “Özəl” proqramında qonaq olan sənətçi valideynini itirdikdən sonra böyüdüyünü bildirib:
«Uzun müddətdən sonra son 2-3 aydır ki, özümü yaxşı hiss edirəm. Anam dünyasını dəyişəndə 2 ilə yaxın efirə çıxmadım. Allah ölənlərə qəni-qəni rəhmət etsin. O vəfat edəndə 48 yaşındaydım, bəlli bir statusum var idi. Amma nə qədər ki, anam sağ idi, mən o yaşımı hiss etməmişdim. İllər keçsə də, bioloji olaraq yaşım çatıb amma, onun yanında elə həmin uşaq idim. Anamı itirdiyim gün böyüdüm».