«Anam qanını satıb bizə yemək alırdı» — Əli Mirəliyev

«Anam qanını satıb bizə yemək alırdı» — Əli Mirəliyev
Tarix : Oxunma : Yorum Yaz

Müğənni Əli Mirəliyev yaşadığı çətin günlərdən danışıb.

Yenisabah.az xəbər verir ki, “Söz-baz” verilişində qonaq olan Mirəliyev uşaqlığının ağır keçdiyini etiraf edib:

«Bir gün zavoddan çıxıb evə gəlirdim. Çörəkləri də enli şalvar geyinib cibə qoyurduq. Şəhərdən komissiya gəlmişdi, dedi ki, bu uşağı yoxlayın. Dedim, get, anama bax, qanını satıb, bizi saxlayır. Kişi söylədi ki, get, oğlum, hələ iki «onluq» da verdi.

Atam anamı işləməyə qoymurdu, o da qanını satıb bizə yemək alırdı. Mən bunu etməyə icazə vermirdim. Çünki başı gicəllənirdi, yıxılırdı. Soruşdum ki, Mənzurə xala, anam niyə yıxılır? Dedi ki, bəs qanını satıb, sizə yemək alır».

Həmin görüntüləri təqdim edirik:

İlk yorumu siz yazın