«Anam deyir ki, hara çıxırsan məndən gileylənirsən»

«Anam deyir ki, hara çıxırsan məndən gileylənirsən»
Tarix : Oxunma : Yorum Yaz

«Döyülə-döyülə bu sənətə gəlmişəm. Evdə məni sıxırdılar ki, oxumalısan. Çox utanırdım. O qədər sıxırdılar ki, məcbur edirdilər. Evə dəvətnamə gələndə fikir edirdim ki, yenə gedəcəyik toya və məni oxumağa məcbur edəcəklər».

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Könül Kərimova «7 Canlı» proqramında deyib. Müğənni anasının onu məcbur müğənni etməsindən danışıb:

«Evimizdə radio var idi, köhnəydi. Onun arxasını sökürdüm, düşünürdüm ki, səsini eşitdiyim sənət adamlarını orada tapacam. Hiss edirdim ki, bu günə gəlib çatacam. Anam deyir ki, hara gedirsən məndən gileylənirsən. Pis etdim səni müğənni etdim?».

İlk yorumu siz yazın