BiG.AZ moderator.az-a istinadən xəbər verir ki, publisist-şair Vüqar Əhmədin evində toy olacaq.
Belə ki, şairin qızı, tanınmış müğənni Almaxanım Əhmədli ailə həyatı qurur. Oktyabr ayının 23-də şəhər restoranlarından birində baş tutacaq toy mərasiminə sənət aləmindən bir çox tanınmış simalar, ictimai-siyasi xadimlər dəvət olunub.
Qeyd edək ki, Almaxanım Əhmədli 6-cı Muğam Televiziya Müsabiqəsinin qalibidir.