«Allah bəlanızı versin, tərbiyəsizlər» — Elgiz qarğış etdi

«Allah bəlanızı versin, tərbiyəsizlər» — Elgiz qarğış etdi
Tarix : Oxunma : Yorum Yaz

Aparıcı Elgiz Əkbər sosial şəbəkədə tənqid yazanlara qarğış edib. 

Aparıcı proqramına yardım üçün gələn Fərid və Aysel adlı gənclərin ünvanına tənqidlər yazıldığını bildirib. O qeyd edib ki, insanlar qeyri-etik ifadələr yazırlar:

«Yetim, anası, atası olmayan Fərid və ikinci qrup əlil Ayselə ağzına gələni yazanların Allah bəlasını versin. Fəridin yaşadıqlarını siz yaşayasınız. Yazırlar, Elgizin başı qaçıb, səviyyəsizi efirə çıxarır. Yetim uşaqdı, heç kimi yoxdur. Bu qızı təhqir edirsiniz: ayağı, üzü belə… İçimizdə nə qədər murdar, tərbiyəsiz, özünü tanımayanlar var. Siz sevinməlisiniz ki, ona yardım edirik. Bu oğlanın evində heç kim yoxdur, qabağına isti yemək qoyan olmayıb. Qızın anası deyir ki, yazılanları oxuyanda səhərə qədər yata bilməmişəm».

İlk yorumu siz yazın