Alla Puqaçova tapıldı

Alla Puqaçova tapıldı
Tarix : Oxunma : Yorum Yaz

Rusiyalı məşhur müğənni Alla Puqaçova 4 aylıq fasilədən sonra üzə çıxıb.

Lent.az-ın xəbərinə görə, İsraildən Kiprə köçdükdən sonra Alla Borisovna yoxa çıxmış, hətta ən yaxın adamlarının belə telefon zənglərinə cavab verməmişdi.

Alla Puqaçova uzunmüddətli fasilədən sonra öz Instagram hesabında foto paylaşıb.

Şəkildə o və əri Maksim Qalkin təsvir olunub. «Yaşamağa davam edirik» şərhini yazan müğənni komentləri bağlı saxlayıb.

Onun  xeyli arıqlaması da nəzərdən qaçmayıb.

İlk yorumu siz yazın