«Al Market» yenidən karantin rejimini pozdu

«Al Market» yenidən karantin rejimini pozdu
Tarix : Oxunma : Yorum Yaz

Bakıda tanınmış şirkətə yenidən cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, «Al Market» MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

 İş hakim Vüsal Tağıyevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: Daha əvvəl «Al Market»ə bu xətai ilə bir neçə dəfə cərimə protokolu yazılıb.

İlk yorumu siz yazın