«Al Market» qaydaları pozdu

«Al Market» qaydaları pozdu
Tarix : Oxunma : Yorum Yaz

Bakıda tanınmış şirkətə növbəti dəfə cərimə protokolu yazılıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, «Al Market» MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib.

Daha sonra protokol baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Süleyman Ağayevin icraatına verilib.

Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Qeyd: Daha əvvəl «Al Market»ə İnzibati Xətalar Məcəlləsinin 211.3-cü (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə bir neçə dəfə cərimə protokolu yazılıb.

İlk yorumu siz yazın