«Aktyora obrazına görə irad tutmazlar. Ya xoşun gəlir, ya yox… Sən tamaşaçısan».
Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Faiq Ağayev «Söz baz» verilişində deyib. Müğənni aktyorları tənqid edənlərə irad bildirib:
«Eyni artist dünyanın ən saf və ya ən alçaq insanını oynaya bilər. Bu demək deyil ki, həmin adam bu insandır. Obraz tələb edirsə, gözünün rəngi, saç, geyim dəyişə bilər. İndi barmağımda dörd üzük var. O demək deyil ki, kənarda da elə gəzirəm. İncəsənət nağıl aləmidir. Nağıl aləminə iradları şamil etmək olmaz. Mən də bu obrazı qəbul etdirdim. Gördülər ki, bunun arxasında Azərbaycan dilini gözəl bilən, vətənini sevən biri var».