Aktrisa «Bolt»dan şikayətçidir — «Sürücüləri də, sərnişinləri də aldadırsınız»

Aktrisa «Bolt»dan şikayətçidir — «Sürücüləri də, sərnişinləri də aldadırsınız»
Tarix : Oxunma : Yorum Yaz

Aktrisa Mətanət Eres Bakıda fəaliyyət göstərən “Bolt” taksi şirkətindən şikayətçidir.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib. O, gedişhaqqının 3 manat 37 qəpik göstərildiyi halda şirkət kart hesabından 5 manat 90 qəpik məbləğində vəsait çıxıldığını bildirib: 

“Bolt»dan taksi sifariş vermişəm. Kartla ödəniş seçdim. Sürücü də təsdiqləyir ki, “Bolt” keçib fırıldağa. Ona görə də sifariş vuranda qiymətə baxın. Sizə az göstərib çox pul çıxırlar. 3 manat 37 qəpik hara, 5 manat 90 qəpik hara! Camaatı niyə bu qədər aldadırlar? Haram yeyərək hara qədər gedəcəklər?»

Aktrisa əlavə edib ki, o, şirkətin Azərbaycandakı nümayəndəliyinə gedəcək:

“Şəkillərini çəkib saxlamışam. Şirkətə gedəcəyəm, görüm nə deyəcəklər. «Bolt»un sahibinin kim olduğunu bilmirəm, amma bilirəm ki, yedikləri haram tikə bir gün burunlarından gələcək. Hərəmizdən 1,90 manat oğurlasalar hara gedib çıxır?.. Camaatı talamaqdan əl çəkin”.  

M.Eres mənzil başına çatdıqda sürücünün tətbiqində isə tamam fərqli qiymət yazıldığını vurğulayaraq şirkətin həm də onları aldatdığını deyib:

«Deməli, mənim hesabımda 3 manat 37 qəpik yazılır, sürücü də isə 3 manat 97 qəpik. Kartımdan isə başqa məbləğ çıxılır. «Bolt», haramın olsun, sürücüləri də, sərnişinləri də aldadırsınız. Bizi sürücü ilə üz-üzə qoyursunuz».

İlk yorumu siz yazın