«Ağlamaqdan şişən gözlərim bu gün güldü» — Damla

«Ağlamaqdan şişən gözlərim bu gün güldü» — Damla
Tarix : Oxunma : Yorum Yaz

Bir neçə gün öncə, açıq havada baş tutan konsertdən sonra pişiyini itirən məşhur müğənni Damla sevimli Çarlisinə qovuşub.

BiG.AZ xəbər verir ki, bununla bağlı o, şəxsi «İnstagram» səhifəsində paylaşım edib.

Belə ki, Damla Sumqayıt ərazisində itən pişiyi haqqında bunları yazıb:

«Ağlamaqdan şişən gözlərim bu gün güldü. Şükür qovuşdurana. Məni Çarli ilə qovuşduran gözəl imanlı ailəyə dərin təşəkkürümü bildirirəm. Təmənnasız, heç bir qarşılıq güdmədən bizim Çarlimizi gətirdi. Evimin yaraşığı, gözəlliyi özünə qayıtdı. Dualarınız üçün var olun».

İlk yorumu siz yazın