«Olacaq. Bəlkə də o vaxt olacaq ki, deyəcəksiniz niyə belə bir vaxtda? Elə olacaq ki, aradakı məsafəyə, zamana dəyəcək. Gözləməyə dəyəcək».
BiG.AZ xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında aparıcı Afaq Gəncəli deyib. O, yeni formatda yayımlanacağı deyilən «Şourum» verilişinin niyə gecikdiyinə belə aydınlıq gətirib:
«Şəxsən özüm uzadıram. Çünki bənzərlik, bütün bunlardan artıq özüm bezmişəm və fərqlilik istəyirəm. «Ağ-qara»nın o qədər ağını çıxarıblar ki, o qədər təkrarları olub ki, hətta eynisi də, artıq özüm ondan bezmişəm. Bir şeyi edirsənsə, gərək insanın öz zəhməti, beyninin məhsulu olsun».
O, yeni layihəsindən də söz açıb:
«Yeni layihəmlə bağlı dəyişiklik olacaq. 13 kiloqram arıqlamışam. Elə bununla əlaqədardır. İmicimdə də dəyişiklik ediləcək. «Axşam şou»suna gəldikdə isə ola bilər o da olsun. Əsas odur özümüz olaq, kimisə təkrarlamayaq».