«Adından, vəzifəsindən asılı olmayaraq…» — İradə İbrahimova+Foto

«Adından, vəzifəsindən asılı olmayaraq…» — İradə İbrahimova+Foto
Tarix : Oxunma : Yorum Yaz

Müğənni İradə İbrahimova yeni fotosessiya etdirib.

Axşam.az xəbər verir ki, son günlər saçlarını daha da açıq rəngə boyatdıran ifaçı qısa, ağ-qara dəstdə obyektiv qarşısına keçib.

İbrahimova yeni fotolarını instaqram izləyiciləri ilə bölüşüb. O, paylaşımına «Sən kimsən, nəçisən? Ömrümün sonuna gədər tələbəyəm. Bu həyatda ad-sanından, vəzifəsindən, işindən, statusundan asılı olmayaraq, daima tələbə olmağı, qalmağı seçən, istəyən insanlar var. Min şükür ki, mən də o sinifdənəm. Duam, bu istəyim heç bir zaman bitməsin!» sözlərini yazıb. 

Qeyd edək ki, İradə İbrahimova ailə qurduqdan sonra İstanbula köçüb və orada yaşayır. Ceyhun adlı türkiyəli iş adamı ilə ailə quran sənətçinin iki övladı var. 

İlk yorumu siz yazın